Siyarto: Ukraynada tez bir zamanda atəşkəsin əldə olunmasını istəyirik

Peter Siyarto

© APA | Peter Siyarto

# 27 fevral 2023 11:29 (UTC +04:00)

Ukraynada tez bir zamanda atəşkəsin əldə olunmasını istəyirik".

APA xəbər verir ki, bunu Ankarada səfərdə olan Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Ukraynadakı müharibənin ağır nəticələri var.

“Biz Ukraynada atəşkəsin olmasını və sülh danışıqlarının tez bir zamanda başlamasını istəyirik. Danışıqlar vasitəçiliklə mümkündür, Türkiyə artıq bunu sübut edib. Türkiyənin vasitəçiliyi ilə "Taxıl sazişi" əldə olundu", - Siyarto vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR