Slovakiya Ukraynaya hərbi dəstək çərçivəsində daha bir “Zuzana 2” özüyeriyən artilleriya sistemi (haubitsa) göndərib.
APA xəbər verir ki, bu barədə “Unian” Slovakiyanın müdafiə naziri Yaroslav Nada istinadən bildirib.
Nazir qeyd edib ki, bu Slovakiyanın Ukraynaya göndərdiyi sayca 7-ci artilleriya sistemidir. Artilleriya sisteminin artıq Ukraynada olduğu və Silahlı Qüvvələrə təhvil verildiyi vurğulanıb.