Sloveniya Qolodomoru ukraynalıların soyqırımı kimi tanıyıb

Sloveniya Qolodomoru ukraynalıların soyqırımı kimi tanıyıb
# 23 may 2023 23:26 (UTC +04:00)

Sloveniya parlamenti Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyan bəyannamə qəbul edib.

APA xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” nəşri məlumat yayıb.

Bəyannamədə parlamentarilər milyonlarla ukraynalının ölümü ilə nəticələnən və Ukrayna cəmiyyətinə böyük ziyan vuran soyqırım aktlarını, həmçinin Qolodomorla bağlı “tarixi faktları təhrif etmək cəhdlərini” pisləyir və rədd edirlər.

Qolodomorun soyqırım kimi tanınması haqqında bəyannamə Sol Partiya istisna olmaqla, bütün parlament qruplarının dəstəyi ilə 67 səs çoxluğu ilə qəbul edilib.

Bununla belə, debatlar zamanı digər deputatlar bəyan ediblər ki, bəyannamə Ukrayna xalqı ilə həmrəyliyin ifadəsidir və bu cinayət haqqında məlumatlılığın artırılmasına kömək edəcək.

"Qolodomor" hadisəsi 1932-ci ilin aprelindən 1933-cü ilin noyabrına qədər davam edib. Tədqiqatçılar azı 3 milyon uşaq da daxil olmaqla 7 milyondan çox ukraynalının dünya tarixində tayı bərabəri olmayan insanlığa qarşı bu cinayətin qurbanı olduqlarını iddia edirlər.

“Qolodomor” sözü kütləvi şəkildə aclıqdan öldürmək deməkdir.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR