Türkiyədə zəlzələ ilə bağlı məktəblərin tətil müddəti uzadılıb.
APA NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə təhsil naziri Mahmut Özer məlumat verib.
Onun sözlərinə görə, fevralın 13-nə qədər Türkiyənin bütün məktəblərində tətil elan olunub.
***
11:24
Bu gün baş vermiş zəlzələ ilə əlaqədar Türkiyə məktəblərində bir həftəlik tətil elan edilib.
APA xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay zəlzələ ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, tətilin uzadılıb-uzadılmayacağı müzakirə olunur.
Qeyd edək ki, səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib.
Çingiz Səfərli
Nihat Pir