Türkiyə nümayəndə heyətinin Liviyaya səfəri başlayıb

Türkiyə nümayəndə heyətinin Liviyaya səfəri başlayıb
# 03 oktyabr 2022 15:08 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii sərvətlər naziri Fatih Dönmez, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Mehmet Muş, Prezidentin kommunikasiya idərəsinin rəisi Fahrettin Altun və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın Liviyaya səfəri başlayıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bununla bağlı Türkiyə XİN rəhbəri “Twitter” hesabında paylaşım edib.

O, liviyalı həmkarları ilə Tripolidə vacib təmasların olacağını qeyd edib. Nazir Çavuşoğlu əlavə edib ki, ölkəsi Liviyaya və onun xalqına dəstək etməyə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR