Ankara Respublika Baş Prokurorluğu Prezident Rəcəb Tayyib Ərdoğanın vəkilinin şikayəti əsasında İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarlarının təxribatı ilə bağlı istintaqa başlayıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd edək ki, İsveçin paytaxtı Stokholmda PKK/YPG tərəfdarlarının təşkil etdiyi təxribat xarakterli mitinq zamanı Türkiyə Prezidentinə bənzədilmiş maket dirəkdən asılıb.
Bu hadisədən sonra Türkiyə tərəfindən sərt açıqlamalar verilib. Son olaraq, İsveç parlamentinin sədri Andreas Norlenin Türkiyəyə səfəri Böyük Millət Məclisinin sədri Mustafa Şentop tərəfindən ləğv edilib.