Türkiyə səfiri Ukrayna XİN-ə dəvət olunacaq

Türkiyə səfiri Ukrayna XİN-ə dəvət olunacaq
# 07 iyul 2022 13:02 (UTC +04:00)

Türkiyə səfiri Ukrayna Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunacaq.

APA xəbər verir ki, bu barədə Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko deyib.

“Təəssüf edirik ki, Türkiyə rəsmilərinə təqdim edilən cinayət dəlillərinə baxmayaraq, oğurlanmış Ukrayna taxılı ilə yüklənmiş Rusiyanın “Jibek Jolı” gəmisinə Karasu limanını tərk etməyə icazə verilib. Bu qəbuledilməz vəziyyətə aydınlıq gətirmək üçün Türkiyənin Kiyevdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət olunacaq”, - mətbuat katibi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR