Türkiyə Ukraynadakı "referendumları" tanımayacaq

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 26 sentyabr 2022 14:14 (UTC +04:00)

Türkiyə Krımın ilhaqını tanımadığını və bundan sonra da tanımayacağını hər şəkildə diqqətə çatdırır, bu mövqeyi Rusiya tərəfinə də izah edir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Yaponiyaya səfəri çərçivəsində mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Türkiyə Rusiyanın Ukraynaya qarşı təcavüzünü müharibə adlandıran ilk ölkədir.

“Donbas və Xerson kimi bölgələrinin referendum vasitəsilə ilhaq edilərək Rusiyaya qatılmasına dair də konkret açıqlama vermişik, bundan narahat olduğumuzu vurğulamışıq. Krımın ilhaqını tanımadığımız kimi, bunu da tanımayacağımızı açıq şəkildə söyləmişik”, - XİN rəhbəri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR