Türkiyə və ABŞ İŞİD-ə yardım edən 5 fiziki və 2 hüquqi şəxsin aktivlərini dondurub

Türkiyə və ABŞ İŞİD-ə yardım edən 5 fiziki və 2 hüquqi şəxsin aktivlərini dondurub
# 05 yanvar 2023 19:52 (UTC +04:00)

Türkiyə və ABŞ İŞİD terror təşkilatına maliyyə yardımı etdiyi müəyyən edilən 5 fiziki və 2 hüquqi şəxsin aktivlərinin dondurulmasına dair qərar verib.

Bu barədə APA-nın İstanbul müxbirinə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, Türkiyə terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması üçün təsirli addımlar atmağa və bu istiqamətdə beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq etməyə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR