Türkiyədə prezident seçkiləri mayın 14-də keçirilə bilər

Türkiyədə prezident seçkiləri mayın 14-də keçirilə bilər
# 18 yanvar 2023 14:12 (UTC +04:00)

Türkiyədə prezident seçkiləri mayın 14-də keçirilə bilər.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan AK Partiya Qrup Toplantısında çıxışı zamanı bildirib.

“1950-ci il mayın 14-də Menderes "Kifayətdir, söz millətindir" dedi. Millət 73 ildən sonra eyni gündə 6-lı masaya cavab verəcək”, - deyə o bildirib.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu ilin iyun ayında keçirilməli idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR