Ukraynanın bir neçə vilayətində partlayışlar olub

Ukrayna

© APA | Ukrayna

# 26 yanvar 2023 11:10 (UTC +04:00)

Bu gün səhərdən etibarən Rusiya Silahlı Qüvvələri tərəfindən Ukrayna ərazilərinin raket atəşinə tutulması nəticəsində bir neçə vilayətdə partlayışlar baş verib.

APA xəbər verir ki, bu barədə “Unian” bildirib.

Məlumatda deyilir ki, Ukraynanın Kiyev, Nikolayev, Vinnitsa və Dnepropetrovsk vilayətlərində, həmçinin Odessada partlayışlar baş verib. Dağıntılar, ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, səhər saatlarından etibarən bütün Ukrayna ərazisində hava həyəcanı siqnalı verilib, hava hücumundan müdafiə (HHM) sistemləri çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR