Vaxtanq Kikabidze yanvarın 19-da dəfn olunacaq

Vaxtanq Kikabidze yanvarın 19-da dəfn olunacaq
# 15 yanvar 2023 23:18 (UTC +04:00)

Tanınmış gürcü incəsənət xadimi Vaxtanq (Buba) Kikabidze yanvarın 19-da dəfn olunacaq.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, mərhumla vida mərasimi 17-si və 18-də Kaşveti kilsəsində keçiriləcək.

Yanvarın 19-da isə Vaxtanq Kikabidzenin cənazəsi Tbilisidə Böyük Konsert Zalından çıxarılaraq dəfn ediləcək.

Qeyd edək ki, müğənni, kinoaktyor, rejissor, ssenarist, Gürcüstanın xalq artisti Vaxtanq (Buba) Kikabidze bu gün 84 yaşında vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR