Serbiya prezidenti Aleksandar Vuçiç ölüm hökmünün bərpasını tələb etmək niyyətində olduğunu açıqlayıb.
APA xəbər verir ki, bu barədə RTS telekanlı məlumat yayıb.
O qeyd edib ki, Belqrad və Mladenovacda son atışmalara görə başqa cəza ola bilməz.
"Siz 13 və ya 14 yaşlı bir canavarı öldürə bilməzsiniz, lakin buna töhfə verən şəxs ən ağır cəzanı çəkməlidir" dedi prezident.
Vuçiç bir müddət əvvəl Belqradda məktəbə atəş açan 7-ci sinif şagirdinin xüsusi psixiatriya palatasına yerləşdiriləcəyini bildirmişdi.
Mayın 5-də serblərin Mladenovac icmasında bir nəfər atəş açıb, 8 nəfəri öldürüb, 13 nəfəri yaralayıb.