Yaponiyanın Ukraynadakı səfirliyi fəaliyyətini bərpa edir

Yaponiyanın Ukraynadakı səfirliyi fəaliyyətini bərpa edir
# 05 oktyabr 2022 06:09 (UTC +04:00)

Yaponiyanın Kiyevdəki səfirliyi bu gündən etibarən fəaliyyətini bərpa edəcək.

APA-nın xəbərinə görə, bu barədə Kyodo agentliyinə diplomatik mənbələrdən bildirilib.

Səfirlik işini səhər saatlarında bərpa edəcək. Yaponiya Böyük Yeddilik ölkələri arasında Kiyevdəki diplomatik missiyasının fəaliyyətini bərpa etməyən yeganə ölkə idi. Rəsmi Tokio diplomatlarının Kiyevdə təhlükəsiz şəkildə fəaliyyət göstərə biləcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR