Yunanıstanın Antravida şəhəri yaxınlığında ölkənin Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus F-4 hərbi təyyarəsi qəzaya uğrayıb.
APA xəbər verir ki, bu barədə yerli “ERT World” televiziya kanalı məlumat yayıb.
Qeyd olunub ki, təyyarə təlim uçuşu həyata keçirən zaman qəzaya uğrayıb və dənizə düşüb. Qəza zamanı təyyarədə olan 2 pilot barədə məlumat yoxdur.
Hazırda Yunanıstan Sahil Mühafizəsi Xidmətinin, HHQ-nin əməkdaşları və texnikaları axtarış-xilasetmə işlərini həyata keçirir.