Zəfər partiyası seçkilərin II turunda Kılıçdaroğlunu dəstəkləyəcək

Zəfər partiyası seçkilərin II turunda Kılıçdaroğlunu dəstəkləyəcək
# 24 may 2023 12:37 (UTC +04:00)

Zəfər partiyası Türkiyə prezident seçkilərinin II turunda “Millət İttifaqı”nın namizədi, CHP lideri Kamal Kılıçdaroğlunu dəstəkləyəcək.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə partiyanın sədri Ümit Özdağ Kamal Kılıçdaroğlu ilə birgə brifinqi zamanı bildirib.

O qeyd edib ki, müxalifət lideri ilə qanunsuz miqrantların geri göndərilməsi məsələsində razılıq əldə edə bilib.

Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin II turu mayın 28-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR