Zelenski Təhlükəsizlik Şurasının təcili iclasını çağıracaq

Vladimir Zelenski

© APA | Vladimir Zelenski

# 29 sentyabr 2022 17:38 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağıracaq.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergii Nikiforov "Facebook"da bildirib.

"Prezident Vladimir Zelenski sabah Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağıracaq. İclasın gündəliyi və digər detallar daha sonra açıqlanacaq", mətbuat katibi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR