Bu gün BBVB-nin valyuta bölməsində 8,171 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 8,171 mln. dollarlıq əqd bağlanıb
# 24 oktyabr 2008 15:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8106 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8089 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 1 301 663 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,0016 bənd düşüb və 0,8105 AZN/$1-ə bərabər olub.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 5 321 622 AZN, manatın orta məzənnəsi isə 0,8106 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 8,171 mln. dollar və ya 6 623 285 AZN təşkil edib.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. EUR/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 518 300 AZN, manatın orta məzənnəsi isə 1,0383 AZN/EUR təşkil edib. Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 16,06%, ABŞ dolları üzrə isə illik 16,81% təşkil edib. Gün ərzində banklar arasında əqdlər qeydə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR