Dünya bazarında neftin qiyməti 64 dollara düşüb

Dünya bazarında neftin qiyməti 64 dollara düşüb
# 27 oktyabr 2008 07:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 24-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 3,69 dollar və ya 5,75% enərək 1 barelə görə 64,15 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 3,87 dollar – 62,05 dollaradək qalxıb.
Neftin qiymətinin azalması OPEC-in neft hasilatının azaldılması ilə bağlı qərarının ilk plandan fərqli olması ilə bağlıdır. Belə ki, bazar iştirakçıların gündəlik hasilatın 1,5 mln. barel deyil, 2 mln. barel azaldılacağını gözləyirdilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR