Dow Jones indeksi 3,6%, S&P 500 3,23%, Nasdaq isə 3,45% enib

Dow Jones indeksi 3,6%, S&P 500 3,23%, Nasdaq isə 3,45% enib
# 27 oktyabr 2008 08:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 24-də Amerika bazarlarında Dow Jones indeksi 3,6% - 8378,95 bəndədək, S&P 500 3,45% - 878,77 bəndədək, Nasdaq isə 3,23% - 1552,03 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, oktyabrın 24-də Amerika fond bazarlarında kotirovkaların enməsinin əsas səbəbi ölkədə və ümumilikdə dünyada iqtisadi geriləmənin davam etməsi ehtimalları və investisiya fondlarının öz öhdəliklərinin ödəməsi üçün aktivlərin fəal satması ilə bağlıdır.
Eyni səbəblər Avropa fond bazarlarına də mənfi təsir edib. Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 5,00% - 3883 bəndədək, Fransa CAC-40-ı 3,54% - 3194 bəndədək, Almaniya DAX-ı isə 4,96% - 4296 bəndədək enib. Avropada da kotirovkaların enməsi dünya iqtisadiyyatının geriləməsi ilə bağlı olub ki, azalma əsasən maliyyə və istehsal sahələrində fəaliyyət göstərən qurumların səhmləri üzrə müşahidə olunub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2556 dollar təşkil edib (-1,49%).
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR