Dow Jones indeksi 2,42%, S&P 500 3,18%, Nasdaq isə 2,97% enib

Dow Jones indeksi 2,42%, S&P 500 3,18%, Nasdaq isə 2,97% enib
# 28 oktyabr 2008 07:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 27-də Amerika bazarlarında Dow Jones indeksi 2,42% - 8175,77 bəndədək, S&P 500 3,18% - 848,92 bəndədək, Nasdaq isə 2,97% - 1505,90 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, oktyabrın 27-də «General Motors»un səhmləri 8,4%, «Schlumberger»nin 8,9%, «Occidental Petroleum Corp.»un 7,9%, dünyada ən iri poladtökmə şirkətlərdən biri olan «U.S.Steel»in səhmləri 11% ucuzlaşıb.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 0,91% - 3852,59 bəndədək, Fransa CAC-40-ı 3,96% - 3067,35 bəndədək enib, Almaniya DAX-ı isə 0,91% - 4334,64 bəndədək yüksəlib. Avropada kotirovkaların enməsi əsasən maliyyə qurumlarının səhmləri üzrə müşahidə olunub. Çünki ABŞ və Avropa ölkələrinin hökumətləri tərəfindən böhrana qarşı 2 trln. dollar dəyərində həyata keçirilən tədbirlərin dünya iqtisadiyyatın geriləməsini dayandırmaq qabiliyyətində investorlar əmin deyil.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2347 dollar təşkil edib (-1,66%).
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR