Dünya bazarında neftin qiyməti 63 dollara düşüb

Dünya bazarında neftin qiyməti 63 dollara düşüb
# 28 oktyabr 2008 08:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 27-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,93 dollar və ya 1,45% enərək 1 barelə görə 63,22 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,64 dollar – 61,41 dollaradək qalxıb.
Neftin ucuzlaşması onu göstərir ki, OPEC-in neft hasilatının azaldılması qərarı bazara müsbət təsir etməyib. Xatırladaq ki, OPEC noyabrın 1-dən gündəlik hasilatı 1,5 mln. barel azaldacaq. Bu qərar oktyabrın 24-də keçirilən OPEC-in fövqəladə iclasında qəbul olunub. Toplantıda həmçinin vurğulanıb ki, bu həcmdə azalma bazara təsir etməsə, hasilat kvotalarının daha da azaldılması məsələsinə baxıla bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR