Dünya bazarında neftin ucuzlaşması davam edir

Dünya bazarında neftin ucuzlaşması davam edir
# 29 oktyabr 2008 08:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 28-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,49 dollar və ya 0,78% enərək 1 barelə görə 62,73 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,12 dollar – 60,29 dollaradək enib.
Beləliklə, neftin ucuzlaşması davam edir və bu, bazar iştirakçılarının dünya iqtisadiyyatının geriləməsi nəticəsində neftə tələbatın azalmasına inamının yüksək olduğunu göstərir. OPEC-in hasilatın azaldılması barədə qərarı neftin ucuzlaşmasını hələ ki dayandıra bilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR