Dow Jones indeksi 10,9%, S&P 500 10,8%, Nasdaq isə 9,5% yüksəlib

Dow Jones indeksi 10,9%, S&P 500 10,8%, Nasdaq isə 9,5% yüksəlib
# 29 oktyabr 2008 08:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 28-də Amerika bazarlarında Dow Jones indeksi 10,88% - 9065,12 bəndədək, S&P 500 10,79% - 940,51 bəndədək, Nasdaq isə 9,53% - 1649,47 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, oktyabrın 28-də kotirovkaların yüksəlməsi əsasən maliyyə və hasilat sektorunda müşahidə olunub. Belə ki, «Citigroup»un səhmləri 14%, «Bank of Amerika»nın 12%, «ExxonMobil»in 13,3%, «Chevron»un 13,7% bahalaşıb.
Qeyd edək ki, investorlar Federal Ehtiyat Sisteminin uçot dərəcəsinin endirilməsi barədə məlumatları böyük nikbinliklə gözləyirlər.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 1,92% - 3926,38 bəndədək, Fransa CAC-40-ı 1,55% - 3114,92 bəndədək, Almaniya DAX-ı isə 11,28% - 4823,45 bəndədək yüksəlib. Almaniya indeksinin bu dərəcədə yüksəlməsinin əsas səbəbi «Volkswagen»in səhmlərinin iki dəfədən artıq bahalaşması ilə bağlıdır.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2347 dollar təşkil edib (+3,05%).
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR