Bu gün BFB-da Azərbaycan Milli Bankının 25 mln. manatlıq notları yerləşdirilib

Bu gün BFB-da Azərbaycan Milli Bankının 25 mln. manatlıq notları yerləşdirilib
# 29 oktyabr 2008 13:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50104319S seriyalı, ümumi həcmi 30 mln. manat, hərraca çıxarılan həcmi 25 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 7 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 63 358,6 min manat təşkil edib. Sifarişlər 99,38% (gəlirlik 8,02%) – 99,52% (gəlirlik 6,20%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,49% (gəlirlik 6,59%), orta ölçülmüş qiyməti isə 99,51% (gəlirlik 6,33%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 4 997,0 min manatlıq qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 25 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin noyabrın 26-da icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR