Dünya bazarında neft 7,6% bahalaşıb

Dünya bazarında neft 7,6% bahalaşıb
# 30 oktyabr 2008 08:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 29-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 4,77 dollar və ya 7,6% yüksələrək 1 barelə görə 67,50 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 5,18 dollar – 65,47 dollaradək yüksəlib.
Neftin bahalaşması Federal Ehtiyat Sistemi tərəfindən oktyabrın 29-da faiz dərəcəsinin yenidən azaldılması (illik 1,5%-dən 1%-dək) səbəbindən fond bazarlarında canlanma və ABŞ-da neft və neft məhsullarının ehtiyatları barədə hesabatın açıqlanması ilə bağlıdır. Qeyd edək ki, ötən həftə ərzində ABŞ-da neft ehtiyatları 0,5 mln. barel artaraq 311,9 mln. barelə çatıb. Eyni zamanda, benzin ehtiyatı 1,5 mln. barel azalaraq 195 mln. barelə düşüb. Bu da analitiklərin gözlədiyi göstəricilərdən tam fərqlidir. Ekspertlər neft ehtiyatlarının orta hesabla 1,3 mln. barel, benzinin isə 1,2 mln. barel artacağını gözləyirdilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR