Dow Jones indeksi 0,8%, S&P 500 1,1% enib, Nasdaq isə 0,5% yüksəlib

Dow Jones indeksi 0,8%, S&P 500 1,1% enib, Nasdaq isə 0,5% yüksəlib
# 30 oktyabr 2008 08:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 29-da Amerika bazarlarında Dow Jones indeksi 0,82% - 8990,96 bəndədək, S&P 500 1,11% - 930,09 bəndədək enib, Nasdaq isə 0,47% - 1657,21 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, oktyabrın 29-da kotirovkaların yüksəlməsinin əsas səbəbi Federal Ehtiyat Sistemi tərəfindən oktyabrın 29-da uçot dərəcəsinin yenidən azaldaraq 1%-ə çatdırılması ilə bağlıdır.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 8,05% - 4242,54 bəndədək, Fransa CAC-40-ı 9,23% - 3402,57 bəndədək yüksəlib, Almaniya DAX-ı isə 0,31% - 4808,69 bəndədək enib. Qeyd edək ki, oktyabrın 28-də ABŞ-da fond indekslərinin 9-10% artması növbəti gün Avropada kotirovkaların yüksəlməsinə müsbət təsir göstərib. Nəticədə, Britaniyanın «HBOS Plc.» bankının səhmləri 28,2%, İsvecrə UBS-nin 15,8%, «Royal Bank of Scotland»ın 12,7%, «Deutsche Bank»ın 4,8% bahalaşıb. Bundan əlavə, BP-nin səhmləri 9,6%, «Royal Dutch Shell»in 12%, «Total»in səhmləri isə 13,6% bahalaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3149 dollar təşkil edib (+6,5%).
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR