Dünya bazarında neft yenə ucuzlaşıb

Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 30-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 1,54 dollar və ya 2,28% azaraq 1 barelə görə 65,96 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,76 dollar – 63,71 dollaradək ucuzlaşıb.
Neftin qiymətinin düşməsi bazar iştirakçılarının ABŞ, Yaponiya və digər ölkələrdə uçot dərəcələrinin azaldılması ilə bağlı qərarların dünyada istehsalın artması və nəticədə neftin tələbatının yüksəlməsinə təsir etməsinə inanmadığını göstərir.