Dow Jones indeksi 1,57%, S&P 500 1,54%, Nasdaq isə 1,32% yüksəlib

Dow Jones indeksi 1,57%, S&P 500 1,54%, Nasdaq isə 1,32% yüksəlib
# 03 noyabr 2008 07:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 31-də Amerika bazarlarında Dow Jones indeksi 1,57% - 9325,01 bəndədək, S&P 500 1,54% - 968,75 bəndədək, Nasdaq isə 1,32% - 1720,95 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, oktyabrın 31-də kotirovkaların yüksəlməsinə ABŞ-da makroiqtisadi statistika təsir edib. Belə ki, üçüncü rübdə ABŞ-da ÜDM-nin həcmi 0,3% enib, istehlak xərclərinin həcmi 0,3% düşüb. Həmçinin, rəsmi işsiz olanların sayı həftə ərzində 479 min nəfər artıb, halbuki bu göstəricinin 475 min nəfər olacağı gözlənilirdi. Eyni zamanda, bir sıra müsbət korporativ xəbərlər makroiqtisadi xəbərlərin mənfi təsirini bir qədər tarazlaşdırıb.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 2% - 4377,34 bəndədək, Fransa CAC-40-ı 2,33% - 3487,07 bəndədək, Almaniya DAX-ı isə 2,44% - 4869,30 bəndədək yüksəlib. Avropada kotirovkalarının yüksəlməsinə ilk növbədə müsbət korporativ xəbərlər təsir edib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2826 dollar təşkil edib (+0,13%).
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR