Dünya bazarında neft 2,8% bahalaşıb

Dünya bazarında neft 2,8% bahalaşıb
# 03 noyabr 2008 07:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 31-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 1,85 dollar və ya 2,81% artaraq 1 barelə görə 67,81 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,61 dollar – 65,32 dollaradək bahalaşıb.
Neftin qiymətinin yüksəlməsi OPEC-in noyabrın 1-dən gündəlik neft hasilatının 1,5 mln. barel azaltması ərəfəsində baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR