Dow Jones indeksi 0,1%, S&P 500 0,2%, Nasdaq isə 0,3% enib

Dow Jones indeksi 0,1%, S&P 500 0,2%, Nasdaq isə 0,3% enib
# 04 noyabr 2008 07:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 3-də Amerika bazarlarında Dow Jones indeksi 0,1% - 9319,83 bəndədək, S&P 500 0,2% - 966,30 bəndədək, Nasdaq isə 0,3% - 1715,57 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, noyabrın 3-də ABŞ-ın fond bazarlarında prezident seçkiləri ərəfəsində investorlar hərraclara ehtiyatla yanaşıb.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 1,51% - 4443,28 bəndədək, Fransa CAC-40-ı 1,17% - 3527,97 bəndədək, Almaniya DAX-ı isə 0,78% - 5026,84 bəndədək yüksəlib. Avropada «Societe Generale»in səhmləri 0,4%, «Commerzbank»ın səhmləri 5% bahalaşıb, «Barclays»ın səhmləri isə 4,1% ucuzlaşıb.
Qeyd edək ki, Avropa investorları Avropa Mərkəzi Bankı və İngiltərə Bankı tərəfindən uçot dərəcələrinin bu günlərdə azaldılmasını gözləyərək, gələcək addımlarını bu gözləntilər əsasında atır.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2590 dollar təşkil edib (-1,84%).
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR