Dünya bazarında neft 6% ucuzlaşıb

Dünya bazarında neft 6% ucuzlaşıb
# 04 noyabr 2008 07:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 3,9 dollar və ya 5,75% azalaraq 1 barelə görə 63,91 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 5,18 dollar – 60,14 dollaradək ucuzlaşıb.
Qeyd edək ki, neftin qiymətinin ucuzlaşması OPEC-in noyabrın 1-dən gündəlik neft hasilatının 1,5 mln. barel azaldılması barədə qərarının qüvvəyə minməsindən dərhal sonra baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR