Dow Jones indeksi 3,28%, S&P 500 4,08%, Nasdaq isə 3,12% yüksəlib

Dow Jones indeksi 3,28%, S&P 500 4,08%, Nasdaq isə 3,12% yüksəlib
# 05 noyabr 2008 07:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 4-də Amerika bazarlarında Dow Jones indeksi 3,28% - 9625,28 bəndədək, S&P 500 4,08% - 1005,75 bəndədək, Nasdaq isə 3,12% - 1780,12 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, noyabrın 4-də ABŞ-ın fond bazarlarında yüksəlməsinin bir neçə səbəbi var. Belə ki, inkişaf etmiş ölkələrin böhrana qarşı artıq kompleks tədbirlər həyata keçirməyə başlayıb, o cümlədən əksər ölkələrin mərkəzi bankları faiz dərəcələrini aşağı salıb. Bundan əlavə, ABŞ-da prezident seçkilərində Barak Obamanın qalib gəlməsi ehtimalı (ticarət əməliyyatları zamanı seçkilərin nəticələri hələ məlum olmayıb) investorları ruhlandırıb.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 4,42% - 4639,50 bəndədək, Fransa CAC-40-ı 4,62% - 3691,09 bəndədək, Almaniya DAX-ı isə 5% - 5278,04 bəndədək yüksəlib. Avropada investiorlarının müsbət əhval-ruhiyəsi həm neft, mis və alüminiumun bahalaşması, həm də Avropa Mərkəzi Bankı və İngiltərə Bankı tərəfindən pul-kredit siyasətinin yumlaşdılması gözləmələri ilə bağlıdır. Qeyd edək ki, noyabrın 6-na təyin olunan bu qurumların iclaslarında uçot dərəcələrinin azaldılacağı gözlənilir.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2847 dollar təşkil edib (+2,04%).
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR