Dünya bazarında neft 10% bahalaşıb

Dünya bazarında neft 10% bahalaşıb
# 05 noyabr 2008 07:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 4-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 6,62 dollar və ya 10,36% artaraq 1 barelə görə 70,53 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 4,56 dollar – 64,70 dollaradək bahalaşıb.
Qeyd edək ki, mütəxəssislərin fikrincə, neftin bahalaşması dolların aşağı düşməsi ilə bağlıdır. Lakin həmin gün dolların avroya qarşı ucuzlaşması 2,04% təşkil edib, neft qiyməti isə göründüyü kimi 10%-dən çox artıb. Beləliklə, neftin bahalaşması tək dolların ucuzlaşması ilə deyil, həm də ABŞ-da dövlət başçısının dəyişməsi nəticəsində böhranın bir qədər yumşalması ilə bağlı investorların gözləmələri il əlaqələndirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR