BFB-da 10206020S seriyalı 15 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10206020S seriyalı 15 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 05 noyabr 2008 09:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10206020S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 7 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 27 520,4 min manat təşkil edib. Sifarişlər 97,26% (gəlirlik 11,30%) – 97,81% (gəlirlik 9,98%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti emitent tərəfindən 97,78% (gəlirlik 9,11%), orta ölçülmüş qiymət isə 97,79% (gəlirlik 9,06%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 15 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin fevralın 3-də icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR