BFB-da 10305820S seriyalı DQİ emissiyasının yerləşdirilməsi üzrə hərrac baş tutmayıb

BFB-da 10305820S seriyalı DQİ emissiyasının yerləşdirilməsi üzrə hərrac baş tutmayıb
# 05 noyabr 2008 09:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10305820S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 270,6 min manat təşkil edib. Sifariş 95,65% (gəlirlik 11,07%) qiyməti ilə təqdim olunub. Lakin sifarişin şərtləri emitenti qane etmədiyinə görə, hərrac emitent tərəfindən baş tutmamış elan olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR