Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,17% azalaraq 1 924,2ABŞ dollarına bərabər olub.
Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir.
Xəbərə görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,67% azalaraq 24,37 dollar təşkil edib.