Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK nə məxsus iki minik avtomobili Laçından Xankəndinə maneəsiz keçid edib.
Səhər saatlarından indiyədək RSK -nə məxsus 22 avtomobil aksiya keçirilən ərazidən keçid edib.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.