DTX-nin Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı tədbir keçirilib - FOTO

DTX-nin Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı tədbir keçirilib - FOTO
# 05 noyabr 2022 21:31 (UTC +04:00)

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib.

APA xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, Vətən müharibəsi iştirakçılarının, DTX-nin əməkdaşlarının, Xidmətin Heydər Əliyev adına Akademiyasının kursantlarının və DTX-nin hərbi hissəsinin əsgərlərinin iştirak etdiyi tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında vətənpərvərlik mövzusunda hazırlanmış mədəni proqram təqdim olunub.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR