Siyavuş Novruzov: Cənublu qardaşlarımıza deyirəm ki, bu fatehlik tək Qarabağla bitməyəcək - VİDEO

Siyavuş Novruzov

© APA | Siyavuş Novruzov

# 17 noyabr 2022 11:56 (UTC +04:00)

“Bugünkü iclas Milli Dirçəliş Gününə təsadüf edir. Milli azadlığa gedən yol Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır”.

APA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev Türkmənçay müqaviləsindən sonra yeganə şəxsdir ki, şəkilləri Azərbaycanın ürəyi olan şəhərlərdə - Təbrizdə, Ərdəbildə, Xoyda, Mərənddə, hər yerdə divarlara vurulur: “Əmir Teymurdan, Şah İsmayıl Xətaidən sonra yeganə Prezident İlham Əliyevə Qarabağ Fatehi adı verilib. Cənublu qardaşlarımıza deyirəm ki, bu fatehlik tək Qarabağla bitməyəcək”.

Deputat təklif edib ki, büdcədə təhlükəsizlik, müdafiə məsələləri daha geniş əhatə olunsun: “Havadan barıt qoxusu gəlir. Ona görə müdafiə, təhlükəsizlik xərcləri daha geniş məsələləri əhatə etməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR