Böyük Britaniyadakı Azərbaycan diasporası təşkilatlanır

Böyük Britaniyadakı Azərbaycan diasporası təşkilatlanır
# 11 aprel 2007 09:54 (UTC +04:00)
Böyük Britaniyadakı Azərbaycanlı Gənclər Klubu (AGK) Kardiff və Birmingem şəhərlərində şöbələrini təsis edib. APA-nın Şərqi Avropa bürosunun xəbərinə görə, təşkilatın bir qrup fəalı Kardiffdə olub. Səfər zamanı Kardiffdə təhsil alan azərbaycanlı gənclərlə görüş keçirilib və birgə fəaliyyətin istiqamətləri müəyyənləşdirilib. Birmingem şəhərində yaşayan və təhsil alan azərbaycanlı gənclərin nümayəndə heyəti isə Londonda olub. Danışıqlarda AGK-nin yerli filialının təsis olunması barədə razılıq əldə edilib. Hazırda AGK Böyük Britaniyada yaşayan Azərbaycan diasporasının təmsilçilərindən ibarət futbol komandasının təşkili üzərində iş aparır. Azərbaycan futbol komandası hələlik əsasən paytaxt London miqyasında keçirilən çempionatlarda qüvvəsini sınayacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR