DAK-ın Gəncə ofisinin Təşəbbüs Qrupu yaradılıb

DAK-ın Gəncə ofisinin Təşəbbüs Qrupu yaradılıb
# 16 aprel 2007 15:49 (UTC +04:00)
Aprelin 11-də millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) və Dünya Azərbaycanlıları Konqresi (DAK) Məclisinin sədri Sabir Rüstəmxanlı “Cavad xan” filminin çəkilişləri ilə əlaqədar Gəncə şəhərinə gedib. VHP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Gəncə ziyalıları ilə görüşlər keçirən S. Rüstəmxanlı DAK-ın Gəncədə ofisinin yaradılması təşəbbüsünü dəstəkləyib və aprelin 14-də təsis edilən Təşəbbüs Qrupunun iclasında iştirak edib. İclasda Qismət Tağıyev Təşəbbüs Qrupunun sədri seçilib. Qeyd edək ki, əslən Cənubi Azərbaycanın Ərdəbil şəhərindən olan Qismət Tağıyevin ailəsi Məşrutə inqilabından sonra Gəncəyə köçməyə məcbur olub. Q. Tağıyev orta təhsilini Gəncədə alıb, ixtisasca tarixçi-alimdir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR