ABŞ-dakı Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri Nobert Yevdayev: “Azərbaycan tarixində yəhudilərə qarşı zorakılığa dair bir fakt belə yoxdur”

ABŞ-dakı Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri Nobert Yevdayev: “Azərbaycan tarixində yəhudilərə qarşı zorakılığa dair bir fakt belə yoxdur”
# 17 aprel 2007 08:10 (UTC +04:00)
“Azərbaycan xalqına xas olan tolerantlıq hər kəsə məlumdur. Bütün tarix boyu yəhudilər orada yerli xalqla dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Müsəlman ölkələrinin əksəriyyətində yəhudilərin qalmadığı, bir çox “sivilizasiyalı” Avropa dövlətlərində isə antisemitizmin artdığı hazırkı şəraitdə azərbaycanlılarla yəhudilər arasında tolerantlıq və dostluq atmosferinin hökm sürməsi unikal və istisna hadisədir. İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının yaradılması bu atmosferin bariz göstəricisidir”. Bu sözləri APA-nın İsrail bürosuna açıqlamasında ABŞ-dakı Azərbaycan dağ yəhudiləri icmasının Mədəniyyət Fondunun sədri Nobert Yevdayev deyib. İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Tel-Əvivdə keçirilmiş təsis qurultayına qatılan N. Yevdayev Azərbaycanda həmişə yəhudi mədəniyyətinə hörmətlə yanaşıldığını deyib. O bildirib ki, Azərbaycan tarixində yəhudilərə qarşı zorakılığa dair bir fakt belə yoxdur: “Azərbaycanlılar yəhudi icmasının Azərbaycanın inkişafına verdiyi töhfəni yüksək qiymətləndirir”. Yeni yaradılmış assosiasiyanın İsraillə Azərbaycan arasında əsl dostluq münasibətlərinin qurulmasına xidmət edəcəyini söyləyən N. Yevdayev bu qurumda yəhudilərin və azərbaycanlıların birləşməsini xüsusi vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR