Almaniyadakı Azərbaycan radiosu ad gününü qeyd edir

Almaniyanın paytaxtı Berlin şəhərində fəaliyyət göstərən “Qobustan” radiosunun işə başlamasının birinci ildönümü tamam olub. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə, UKW dalğasında yayımlanan radionun əsas məqsədi alman ictimaiyyətini Azərbaycanın tarixi, coğrafiyası və mədəniyyəti, eləcə də ölkədə baş verən yeniliklərlə tanış etməkdən ibarətdir. “Qobustan” radiosu ötən ilin aprel ayında Berlində təhsil alan bir qrup azərbaycanlı gənc tərəfindən təsis olunub. Hazırda layihə üzrə Mayisə Əliyeva, Tinay Müşdiyeva, Aydın Məmmədov və Vüqar Qəmbərov-Barini çalışmaqdadır. Radio haqqında ətraflı məlumatı www.gobustan.de internet ünvanında əldə etmək mümkündür. /APA/
Diaspor

Fuad Muradov İsraildə müxtəlif tədbirlərdə iştirak edib

Şuşada “Diaspor Gənclərinin III Yay Düşərgəsi” təşkil ediləcək

Dövlət Komitəsi erməni radikalların Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinə hücumu ilə bağlı bəyanat yayıb
