Yevda Abramov: “Azərbaycan, türk və yəhudi diasporaları birgə hərəkət etməlidir”

Yevda Abramov: “Azərbaycan, türk və yəhudi diasporaları birgə hərəkət etməlidir”
# 18 aprel 2007 08:40 (UTC +04:00)
"İsrailin iş adamları Azərbaycanda turizm, kənd təsərrüfatı və yüksək texnologiya sahələrinə investisiya qoymaqda maraqlıdır". Bu sözləri APA-nın İsrail bürosuna açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun rəhbəri Yevda Abramov deyib. O bildirib ki, yeni yaradılmış Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişlənməsinə yardım edəcək, siyasi və iqtisadi tərəfdaşlıq əlaqələrini stimullaşdıracaq. Y. Abramov bu təşkilatın yaranmasında İsrail Knessetinin Azərbaycanla dostluq qrupunun rəhbəri İosif Şaqal və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun mənəvi yardımlarını xüsusi qeyd edib: "İsraildə 120 min nəfərlik güclü Azərbaycan diasporası formalaşdı". Y. Abramov İsraildə Azərbaycan səfirliyinin açılması məsələsinə də toxunaraq bu məsələnin öz həllini tapacağına inandığını söyləyib: “Ümid edirəm ki, biz o günün də şahidi olacağıq". Yevda Abramov hazırda yəhudi və türk diasporalarının birgə əməkdaşlığı məsələsinin aktual olduğunu da bildirib. Onun sözlərinə görə, yəhudi diasporası Azərbaycan və türk diasporasının nümayəndələri ilə sıx əlaqədə işləyir. Y. Abramov deyib ki, dünyada güclü siyasi və media resursları olan erməni diasporasını sıxışdırmaq üçün Azərbaycan diasporası türk və yəhudi lobbiləri ilə birgə hərəkət etməlidir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR