İyunda xarici ölkələrdə yaşayan azərbaycanlı alimlərin I forumu keçiriləcək

İyunda xarici ölkələrdə yaşayan azərbaycanlı alimlərin I forumu keçiriləcək
# 19 aprel 2007 11:47 (UTC +04:00)
Xarici ölkələrdə yaşayan azərbaycanlı alimlərin I forumu iyunun 4-10-da Antalyada keçiriləcək. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov APA-ya açıqlamasında bildirib ki, sentyabrda bu qurumun təşəbbüsü ilə Bakıda xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı jurnalistlərin forumu keçiriləcək. Bu tədbirin dəqiq vaxtı hələ müəyyənləşməyib. Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor qurumlarının fəaliyyətinin genişləndiyini deyən N. İbrahimovun sözlərinə görə, bu yöndə görülən işləri daha da gücləndirmək, keyfiyyəti artırmaq üçün elm adamlarının, yaradıcı insanların da prosesə qoşulmasına ehtiyac var: “Bu məqsədlə ayrı-ayrı kateqoriyadan olan insanlarla, fəaliyyət dairəsi fərqlənən qruplarla bu kimi tədbirlərin keçirilməsinə ehtiyac var. Biz bu cür tədbirlər keçirib, onları diaspora hərəkatına qoşulmağa sövq edirik. Keçiriləcək tədbirlərdə bütün fikirlər dinləniləcək. Elm adamlarının, yaradıcı insanların baxışları daha dolğun olur. Onların fikirlərinə uyğun olaraq xarici ölkələrdə diaspora ilə bağlı hansı istiqamətlərdə işlərin aparılması yönündə fikir mübadiləsi aparılacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR