Bundestaqda Azərbaycanlı Gənclərin Forumunun iştirakçıları Berlindəki N. Gəncəvi Mədəniyyət İnstitutunda olublar

Bundestaqda Azərbaycanlı Gənclərin Forumunun iştirakçıları Berlindəki N. Gəncəvi Mədəniyyət İnstitutunda olublar
# 23 aprel 2007 08:09 (UTC +04:00)
Bundestaqda Azərbaycanlı Gənclərin Forumu ərəfəsində forum iştirakçıları Berlindəki N. Gəncəvi Mədəniyyət İnstitutunda olublar. İnstitutun direktoru Nuridə Atəşinin APA-ya verdiyi məlumata görə, tədbirdə alman rəsmiləri, şirkət, ali məktəb, mətbuat nümayəndələri, Azərbaycan diasporunun üzləri iştirak ediblər. Tədbirdə çıxış edən N. Atəşi forumun və forum çərçivəsində keçirilən tədbirlərin önəmindən danışıb, bu tədbirlərin diaspor üzvlərinə nümunə ola biləcəyini qeyd edib. Tədbirdə iştirak edən alman rejissoru Ralf Marşallek Məhəmməd Əsəd bəy (Qurban Səid) haqqında çəkilməkdə olan filmdən fraqmentlər göstərib və film haqqında ətraflı məlumat verib. Əsəd bəyin əsərlərinin, əlyazmalarının sərgisi də təşkil olunub. Sonra film üzərində, Əsəd bəyin şəxsiyyəti, milliyyəti və yaradıcılığı ilə bağlı geniş diskussiya aparılıb. Sonda Əsəd bəyin tədqiqatçısı N. Atəşi Əsəd bəy haqqında almanca və azərbaycanca yazdığı kitab, yeni əldə etdiyi arxiv materialları haqqında tələbələrə ətraflı məlumat verib. “Gedin, Bakıda söyləyin ki, hazırlaşsınlar, Əsəd bəy vətəninə dönür! Biz Əsəd bəyi Azərbaycan milli ədəbiyyatının eposuna çevirməliyik”, - deyə N. Atəşi vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR