Hyustonda azərbaycanlı və türk icmasının nümayəndələri “Erməni yalanına yox” şüarı atında etiraz aksiyası keçiriblər

Hyustonda azərbaycanlı və türk icmasının nümayəndələri “Erməni yalanına yox” şüarı atında etiraz aksiyası keçiriblər
# 24 aprel 2007 09:58 (UTC +04:00)
Aprelin 20-21-də Texas ştatının Hyuston şəhərində Hyuston Azərbaycanlıları Cəmiyyəti və yerli türk icması “Erməni yalanına yox” şüarı atında etiraz aksiyası keçiriblər. Hyuston Azərbaycanlıları Cəmiyyətinin vitse-prezidenti Yusif Babanlının APA-ya verdiyi məlumata görə, eyni ərazidə öz mitinqlərini keçirən ermənilər azərbaycanlıların və türklərin say çoxluğunu görərək təlaşa düşüblər: “Bizim keçirdiyimiz aksiyaya daha çox şəxs qatılmışdı. Bizim aksiyanın daha möhtəşəm olduğunu görən ermənilər tələsik yaxınlıqdakı maşın dayanacağına gedərək orada özlərinə şüarlar yazmağa başladılar”. Hyuston Azərbaycanlıları Cəmiyyəti və türk icmasının nümayəndələri Hyuston şəhərinin əsas magistral yolunun kənarlarına Qafqaz və Anadoluda erməni vəhşiliklərini sübuta yetirən böyük plakatlar yerləşdiriblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR