Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Arxangelsk vilayət kitabxanası ilə əməkdaşlıq barədə niyyət protokolu imzalayıb

Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi ilə əlaqədar Arxangelsk vilayətində olan Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov Dobrolyubov adına elmi kitabxana ilə əməkdaşlıq barədə niyyət protokolu imzalayıb. Bu barədə APA-ya baş konsulun özü məlumat verib. Azərbaycan nümayəndə heyəti kitabxanaya “Qarabağ reallıqları”, “Azərbaycanda rus dili” kitablarını və Heydər Əliyevin bioqrafiyasını hədiyyə edib. Q. Osmanov qeyd edib ki, Baş Konsulluq regiondakı Azərbaycan diasporasının öz mədəniyyətini qoruyub saxlaması üçün əlindən gələni edəcək. /APA/
Diaspor

Fuad Muradov İsraildə müxtəlif tədbirlərdə iştirak edib

Şuşada “Diaspor Gənclərinin III Yay Düşərgəsi” təşkil ediləcək

Dövlət Komitəsi erməni radikalların Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinə hücumu ilə bağlı bəyanat yayıb
