London meri şəhərdəki türk və Azərbaycan icmalarının rəhbərləri ilə görüşüb

London meri şəhərdəki türk və Azərbaycan icmalarının rəhbərləri ilə görüşüb
# 26 aprel 2007 10:13 (UTC +04:00)
Böyük Britaniya paytaxtının meri Ken Livinqston Londonun mərkəzində yerləşən “City Hall”da bu ölkədə yaşayan türk və Azərbaycan icmalarının şərəfinə ziyafət verib. APA-nın Avropa bürosunun xəbərinə görə, ziyafətə İngiltərə Türk Dərnəkləri Federasiyası və Azərbaycan diaspor təşkilatları qatılıblar. Londonda fəaliyyət göstərən Azərbaycanlı Gənclər Klubundan bildiriblər ki, mer K. Livinqston türk icmasının şəhərin çox önəmli tərkib hissəsi olduğunu vurğulayıb. Həmin gün London meri Azərbaycan icma təşkilatlarının rəhbərləri ilə təkbətək görüşərək ətraflı fikir mübadiləsi aparıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR